IQNA

Tayland dindarları “Hicaba azadlıq!” aksiyası keçirib

21:38 - May 10, 2011
Xəbər sayı: 2120169
Siyasi və ictimai şöbə: Taylandlı dindarlar mayın 9-da orta məktəblərdə hicab qadağısına qarşı etiraz aksiyası keçirib. Onlar Wat Nong Chok mətkəbinin qarşısına toplaşaraq hicablı şagirdlərin məktəbə buraxılmasını tələb ediblər.
İQNA Quran agentliyinin məlumatına əsasən, Wat Nong Chok məkətbin rəsmiləri müsəlman şagirdlərin hicabla dərsə gəlməsini qadağan ediblər. Şagirdlərin valideynləri və bir qrup dindar məktəbin qarşısına toplanaraq buna etiraz ediblər.
Taylandın Təhsil Nazirliyi elan edib ki, qanuna əsasən hicablı müsəlman şagirdlər məktəbdə təhsilini davam etdirə bilər. Lakin buna baxmayaraq məktəb rəhbərliyi hicablı şagirdləri məktəbə buraxmaqdan imtina edir.
Qeyd edək ki, mitinq iştirakçıları “Hicaba azadlıq” şüarları səsləndirib və məktəb rəhbərliyindən müsəlman şagirdlərin hüquqularının təmin etməyə çağırıblar.788975
captcha