İQNA Quran Agentliyinin məlumatına əsasən, Qafqaz Müsəlmanları İdarəsindən verilən məlumata görə, iclasda QMİ-nin Gürcüstan və Dağıstandakı səlahiyyətli nümayəndələri, Qafqazın bütün müftiləri iştirak edəcək.
Iclasda Qafqazda dini icmaların fəaliyyəti və onların fəaliyyətlərinin inkişaf etdirilməsi və yaxşılaşdırılması məsələləri müzakirə olunacaq.
Qeyd edək ki, Qafqaz Xalqları Ali Dini Şurası 1992-ci ildə yaradılıb və hazırda Şuraya QMİ sədri, şeyxülislam Allahşükür Paşazadə sədrlik edir. 791796