IQNA

Bakıda Qafqaz Xalqları Ali Dini Şurasının iclası keçirilir

22:28 - May 15, 2011
Xəbər sayı: 2122664
Elm və təfəkkür şöbəsi: Azərbaycanın paytaxtı Bakıda mayın 16-da Qafqaz Xalqları Ali Dini Şurasının hesabat iclası keçiriləcək. İclasda Qafqaz regionunda yaşayan müsəlmanların dini vəziyyəti araşdırılacaq.
İQNA Quran Agentliyinin məlumatına əsasən, Qafqaz Müsəlmanları İdarəsindən verilən məlumata görə, iclasda QMİ-nin Gürcüstan və Dağıstandakı səlahiyyətli nümayəndələri, Qafqazın bütün müftiləri iştirak edəcək.
Iclasda Qafqazda dini icmaların fəaliyyəti və onların fəaliyyətlərinin inkişaf etdirilməsi və yaxşılaşdırılması məsələləri müzakirə olunacaq.
Qeyd edək ki, Qafqaz Xalqları Ali Dini Şurası 1992-ci ildə yaradılıb və hazırda Şuraya QMİ sədri, şeyxülislam Allahşükür Paşazadə sədrlik edir. 791796
captcha