IQNA

Fransada “Müasir dünyada İslam: Fransadan Asiyayadək” adlı konfrans keçiriləcək

23:42 - May 21, 2011
Xəbər sayı: 2126002
Beynəlxalq şöbə: Fransanın Lion şəhərində iyun ayının 12-də “Müasir dünyada İslam: Fransadan Asiyayadək” adlı konfrans keçiriləcək.
İQNA Quran agentliyinin “pageshalal” saytına istinadən məlumatına əsasən, Lion böyük məscidinin təşəbbüsü və Fransa Müsəlmanlarına yardım Birliyinin dəstəyi ilə keçiriləcək konfrans yerli vaxtla saat 10-dan axşam saat 21:30-dək Lion İslami Mərkəzinin konfrans zalında təşkil olunacaq.
Konfransda İslami sivilzasiya və tarix üzrə ekspertlər və alimlər iştirak edəcək. Konfransda İslamın gəlişi, onun digər regionlara o cümlədən Avropa və Asiyaya yayılması və bu regionlarda müsəlmanların hazırkı durumu müzakirə olunacaq.
Konfrans çərçivəsində “İslam dinində sivilizasiyaların azadlığı” mövzusunda dəyirmimasa keçiriləcək. Dəyirmimasada İslam sadə dildə uşaqlara izah olunacaq. Lion məscidinin gənclər və yeniyetmələrdən ibarət təvaşih qurupları ilahilər icra edəcəklər.795365
captcha