IQNA

Dünyanın ən böyük Quran hazırlanır

0:12 - May 22, 2011
Xəbər sayı: 2126019
İncəsənət şöbəsi: İranda dünayanın ən böyük Quranı haırlanır. Bu Quranı İran Xəttatlar Birliyinin üzvi Həsənəli İsfəndiyari öz xətti ilə yazacaq.
İQNA Quran agentliyinin məlumatına əsasən, İsfəndiyarı deyib ki, 6 ildir ki, dünyanın ən böyük Quranın yazmaq üçün layihə üzərində işləyirəm, araşdırma aparmışam və artıq işə başlamaq üçün bütün işlər hazırdır və yaxın günlərdə bu işə başlayacam.
O əlavə edib ki, indiyədək Nəhcül-Bəlağə, Nəhcül-Fəsahə və Quranın xəttatlığını etmişəm.
İsfəndiyari 30 ilə yaxındır ki, xəttatlıq ilə məşğuldur. O Xəttatlar İttifaqının üzvidir və indiyədək onun əl işləri 70-dən çox sərgidə sərgilənib və müxtəlif mükafatlar əldə edib.795469
captcha