IQNA

Kenyada “Quranda incəsənətin rolu” adlı sərgi təşkil olunacaq

20:35 - May 26, 2011
Xəbər sayı: 2128920
Beynəlxalq şöbə: Kenyanın paytaxtı Nairobi şəhərində iyun ayının 3-7-də Quranda incəsənətin rolu adlı sərgi təşkil olunacaq.
İQNA Quran agentliyinin məlumatına əsaəsn, sərgidə İranın Məşhəd şəhərində saxlanılan Məsum İmamların əlyazması olan Quranlar da sərgiləncək.
Sərgi İranın İslami Əlaqələr və Mədəniyyət Təşkilatı və Astan-e Qüds-e Rəzəvi (İmam Rza (ə) hərəminin) təşəbbüsü ilə təşkil olunur. Quranda işlədilmiş 40-dan çox sənət əsərlərinin şəkilləri, üçüncü əsrə aid Quranlar, İmam Əli (ə) , İmam Həsən Müctəba (ə), İmam Rza (ə), İmam Musa ibni Cəfər (ə) və İmam Səccad (ə) –a aid Quranlarlar sərgidə sərgilənəcək.
Eləcə də İranın incəsənət işləri və Quran ayələri üzrə mütəxəssislər sərgidə əhalini Quranın yazılmasında istifadə olunmuş sənət əsərləri, onların yazılma və istifadə formaları və digər məsələlərlə bağlı məlumat verəcəklər. 798053
captcha