İQNA Quran agentliyini “Əl-Qüdsül-Ərəbi” qəzetinə istinadən məlumatına əsasən, Əl-Muğayer kəndinin sakinlərindən olan Cihad Əl-Nesan məscidin yandırılması ilə bağlı deyib: "Təkər şinlərini kənd məscidinin içində yandırıblar, bununla bütün tikintini yandırmaq istədikləri açıq-aşkar ortadadır".
Səhər namaz vaxtı əhali məscidin pəncərələrindən tüstü qalxdığını görərək, tez yanğını söndürüblər, -deyə Əl-Nessan deyib.
İsrail polisləri və mühacirləri tez-tez isğal olunmuş Fələstin torpaqlarında yerləşən məcidlərə hücum edirlər.
İsrailin hərbi buldozerləri noyabr ayında məcid və bir neçə ictimai əhəmiyyətli binanı dağıdıblar.
Qeyd edək ki, İsrail Fələstin torpaqlarının 60 faizini hələ də işğal altında saxlayır və bu ərazilərdə qanunsuz şəkildə ərazilərini genişləndirib yəhudilər üçün yaşayış qəsəbələri salırlar.804410