IQNA

Vatikanda “Dinlərarası dialoq” konfransı keçiriləcək

17:32 - June 12, 2011
Xəbər sayı: 2136956
Beynəlxalq şöbə: Roma katolik kilsəsinin mərkəzi “Vatikan”ın təşəbbüsü ilə İtalyanın Assisi şəhərində oktyabrın 25-də “dinlərarası doaloq” üzrə beynəlxalq konfransı keçiriləcək.
İQNA Quran agentliyinin “lebanonfiles” saytına istinadən məlumatına əsasən, konfransda dünyanın dini liderləri iştirak edəcək və konfrans II İoann Pavelin (Vatikan katolik kilsəsinin 1978-2005-ci illər ərzində rəhbəri) dini liderlərinin toplantısının keçirilməsinə dəvətinin iyirmi beşinci ildönümü münasibəti ilə təşkil olunacaq.
Roma Papasının nümayəndəsi Qabriel Kaçiya bildirib ki, beynəlxalq dinlərarası dialoq konfransının keçirilməsindən məqsəd budur ki, dünyaya göstərək ki, dünya möminləri sülh, ədalət və qarşılıqlı ehtiram çərçivəsində əlaqələrin inkişafı üçün daha çox çalışırlar. 807263
captcha