IQNA

Malayzada ölkə üzrə Quran müsabiqəsi keçirilir

22:05 - June 13, 2011
Xəbər sayı: 2137689
Beynəlxalq şöbə: Malayzada ölkə üzrə 54-cü dövr Quran müsabiqəsinin iyun ayının 13-də rəsmi açılış mərasimi keçirilib. Saravak əyalətinin mərkəzində Kuçinq şəhərində keçirilən açılış mərasimdə ölkənin baş naziri Nəcib Tun Rəzzaq da iştirak edib.
İQNA Quran agentliyinin “Bernama” xəbər agentliyinə istinadən məlumatına əsasən, Malayzanın müxtəlif şəhərlərindən qari və hafizlərin iştirakı ilə keçirilən Quran müsabiqəsi “Vahid Malayza, vahid xalq” şüarı ilə keçirilir.
Malayza İslami İnkişaf Təşkilatının təşəbbüsü ilə keçirilən müsabiqə Saravak əyalətinin İslami Mərkəzində keçirilir. Müsabiqənin şuarına uyğun olaraq , müsabiqənin keçirildiyi yer Malayzada yaşayan müxtəlif xalqların rəngini təmsil edən rənglərlə bəzədilib. Müsabiqə iyunun 17-dək davam edəcək.
Müsabiqədə müxtəlif əyalətlərdən 29 oğlan və qız qari bir-birləri ilə yarışacaq. Quran müsabiqəsi hər il Malayzada keçirilir.
Müsabiqədə qalib gələn şəxslərə pul mükafatları ilə yanaşı , həcc ziyarətinə də göndəriləcək. Həmdə müsabiqənin qalibləri beynəlxalq yarışlarda yarışmaq imkanı qazanacaqlar.
Quran müsabiqəsinin hər il keçirilməsindən məqsəd gəncləri Quran oxumağa maraqlnadırmaq və beynəlxalq yarışlarda iştirak etmək üçün nümayəndələri seçməkdir.807736
captcha