IQNA

Əl-Əzhərin Şeyxinin ərəb liderləri barədə tənqidi

23:09 - June 18, 2011
Xəbər sayı: 2140164
Beynəlxalq bölmə: Əl-Əzhərin şeyxi Əhməd Təyyib çox şiddətli şəkildə hakimiyyətdə qalmaq üçün xalqın vasitəsindən istifadə edən ərəb liderlərini töhmətlədi və onları vəzifələrindən uzaqlaşdırmağı tələb etdi.
İran Quran Xəbər Agentliyi (IQNA): “Əl-alem”xəbər bürosunun məlumatına görə, Əl-əzhərin Şeyxi Əhməd Təyyib, xordad ayının 24-ü “Liviyada 17 fevral inqilabının təbliğat müəssisəsi” ndən olan heyətlə görüşərkən Yusif İbrahim Əbu Əlimə dedi: bütün Ərəb ölkəsinin tacı, taxtı, stulları elə dəyərə malik deyildir ki, ərəb hökmdarının qanı ora tökülsün.
O, Ərəb ölkələrində baş verən hadisələrdən çox narahatlıqla danışaraq, ərəb liderlərindən məhəbbət və lütf ilə xalqın illərlə çəkdiyi zülmünün qarşısını almağı tələb etdi.
Əl-Təyyeb davamında aydınlıq gətirdi: Əgər liderlərinin hökümətdə qalmağı xalqın qanının tökülməsi ilə nəticələnəcəksə, hakimlər çox tez bir zamanda bu kürsülərini tərk etməlidirlər.
O, davamında təkidlə dedi: Əl-Əzhər Liviya, Yəmən və digər ərəb ölkələrində xalq inqilabçılarını himayə edir və bu dini müəssisə Liviya xalqının və inqilabçıların tərəfdarıdır.
Bu görüşün sonunda Liviya heyəti indiki vəziyyətdən və Liviya ölkəsinin vəziyyətindən və bu ölkənin xalqının əziyyətlərindən bəhs etdi.
Bu heyətin üzvləri həmçinin Misir və Əl-Əzhərə qarşı Liviya inqilabçılarına əminliyini bildirdi.
809478

captcha