IQNA

Tatarıstan müsəlmanları İslamın gəlişini bayram etdilər

21:29 - June 22, 2011
Xəbər sayı: 2142898
Siyasi və ictimai şöbə: Tatarıstan müsəlmanları İslamın gəlişini bayram etdilər
İranın Quran xəbər agentliyinin Balkan şöbəsinin və islam.ru-nun məlumatına əsasən, bu bayram tədbiri bütün Rusiyada yayılmış müsəlmanların, xaricilərin-bolqarların iştirakı və təşəbbüsü nəticəsində bu ölkənin mədəniyyət nazirinin və Tatarıstanın mədəni-tarixi abidələrinin saxlanması xəzinəsinin müdiri, Rusiya müsəlmanlarının dini işlər üzrə idarəsi, Bolqarıstanın qədim tarixi-memarlıq muzeyinin köməyi ilə keçirildi.
Bu mərasimdə Tatarıstan Respublikasının prezidenti Rüstəm Minxanov, baş nazir Eldar Xaliqov, ölkənin dövlət katibi Minteymur Şayminov və bu ölkənin dövlət Şurasının rəisi Fərid Məhəmmədşin, Rusiya müftilərinin Şura rəisi Evil Eynəddin, Rusiyanın müsəlmanlarının dini işlər üzrə mərkəzi idarəsinin müfitsi Tələt Tacəddin, bu ölkənin rəisi Məhəmməd Rəhimov Stacropol məntəqəsinin başçısı, Tatarıstan müsəlmanlarının işləri üzrə qurumun rəisi və Rusiyanın başqa dövlət başçıları və bəzi xarici nümayəndələr iştirak edirdilər.
Bu mərasim Qurani-Məcidin ayələrinin oxunması ilə başlandı və Tatarıstanın prezidentinin çıxışı ilə davam etdi, çıxışında prezident Rusiyanın prezidentini və digər nümayəndələri bu bayram münasibətilə təbrik etdi, bayram münasibətilə bu mərasimin keçirilməsində xidmətləri olanlara və Bolqarıstanın qədim və memarlıq dövlət muzeyinə hədiyyələr təqdim etdi.
Proqramın davamında Tatarıstan dövlətinin baş katibi və Rusiyada müsəlmanların işləri üzrə qurumun nümayəndəsi bu məntəqəyə İslam dininin daxil olması tarixindən və bunun mədəniyyətin inkişafındakı rolundan söz açdılar.
Qeyd olunmalıdır ki, bu ölkənin dini işlər üzrə idarəsi dini təşkilatlarla fəaliyyət göstərən Tatarıstanın müsəlman qadınlar birliyi “müsəlman ailələrinin sənətləri” adı altında mədəni və dini bir proqram icra etdilər..
811242
captcha