İranın Quran xəbər agentliyinin və Mərkəzi Asiya məntəqə şöbəsinin məlumatına əsasən, xordadın 28-I Hacı Əkbər Ture Canzade Tacikistan dövlətinin ruhanilərə və müsəlmanlara qarşı təzyiqinin artmasına işarə edərək bildirdi: Hal-hazırda bu ölkədə iş o yerə çatmışdır ki, əgər ruhani öz evində öz ailəsi və övladları üçün İslam elmləri və Quranın tədrisi ilə məşğul olarsa bu dövlət onu zindana məhkum edər..
Hacı Əkbər Ture Canzade qeyd etdi: Belə qanunun təsdiqlənməsi ölkədə həyəcanlandırıcı iğtişaşların baş verməsinə səbəb olar, çünki məscidə getmək hər bir müsəlmannın hüququdur, bundan belə bir nəticə çıxır ki, Tacikistan dövləti din azadlığının əleyhinədir.
Tacikistanın sabiq naziri sonda təkidlə dedi: Hazırkı vəziyyətdə Tacikistan dövləti islam və müsəlmanlar əleyhinə elə təzyiqlər edir ki, keçmişdə hətta, Sabiq Şura rejimində də mövcud olmayıb.
Qeyd olunmalıdır ki, xordadın 24-ü bu ölkənin mili məcilisi iclası çərçivəsində təqribən “18 yaşa qədər uşaqların məscidlərə valideynlər tərəfindən göndərilməsinin qadağan olunması” qanununu da təsdiqlədi.
811990