IQNA

21:58 - June 22, 2011
Xəbər sayı: 2142910
Xüsusi müxbirlər şöbəsi: Sudanın mədəniyyət naziri İranda Sudanın ikinci mədəniyyət həftəsinin başlanması mərasimində dedi: biz iki millət bir-birimizə bağlıyıq, bizim aramızda köklü əlaqə yaradan İslam dinidir.
İranın Quran xəbər agentliyinin xüsusi müxbirlərinin məlumatına əsasən, xordadın 29-da Mehr hövzə salonunda iclas keçirildi. Sudanın mədəniyyət naziri İsmayıl Xəlfullah dedi: Sudan və İran dövləti tərəfindən ikinci mədəniyyət həftəsində bu dəvət və qonaqpərvəliyinə görə təşəkkür etmək lazımdır.
İsmayıl Xələfullah İmam (r)-ın sözlərinə təkidlə İslam miilətlər birliyində dedi: İmam Xomeyni (r) buyurdu: Əgər müsəlmanların hər biri bir vedrə su (bomba ya silah yox) İsrayilin başına töksələr o məhv olar. Amma təəssüflər olsun ki, biz müsəlmanların qulaq asmadıqlarını gördük, Allahdan müsəlmanların birliyinin yaranması ilə haqq cəhəsinin qalib gəlməyini istəyirik.
O xatırlatdı ki, bizim ölkədə Sudanın cənub və şimalının bir-birindən ayrılmasına baxmayaraq həmişə sülh tərəfdarı olmuşuq, amma düşmənlər həmişə fitnəkarlıq törətdiklərindən xəbərdarıq, düşmənlərin öz hiylələrinin həyata keçirməsinə icazə vermirik.
Sudanın mədəniyyət naziri qeyd etdi: Sudanın mədəniyyət həftəsi bir qəər bizim mədəniyyətimizin göstəricisi ola bilər, millətlərə, xüsusilə də İrana malik olduqlarımızı təqdim edirik. Hal-hazırda bir qardaş kimi bir-birimizin yanında olmağımızın tam vaxtıdır. 811915
Ad:
E-poçt:
* Comment:
* captcha: