IQNA

Almaniya islamda beynəlxalq təlim-tədris himayədarıdır

21:53 - June 24, 2011
Xəbər sayı: 2143459
Beynəlxaq şöbə: “ İslam təlim və tədrisində beynəlxalq himayə tarixi köklərinin müasir təsiri” adı ilə cari ilin 9-dan 13-nə kimi Almaniyanın Qotengen şəhərində beynəlxalq forum keçirildi.

İranın Quran xəbər agentliyi və “unigoettingen” xəbər bürosunun məlumatına əsasən, bu beynəlxalq forum beynəlxalq birliyin müəssisə müdiri, Qotengen universitetinin ərəb dili və İslami tədqiqatlar üzrə professoru Sebastyan Qanter və professor, Misirin Əl-Əzhər universitetinin xarici dillər və tərcümə şöbəsinin müdiri Əli Şəbanın təşkilatlığı ilə keçirildi.
Avropanın, Şimali Amerikanın, Orta Şərqin və eləcə də dünyanın müxtəlif ölkələrindən tələbələr və magistrlar, yüzdən çox mütəxəssis və alimlər bu forumda iştirak edəcəklər. .
Bu beş günlük forumda İslamın tədrisində Quranın təsiri, peyğəmbər sünnətləri, İslamın tədrisində köhnə İran və ərəb düşüncəsi, İslam incəsənətinin təsiri, bu sahədə müsəlmanlar və qeyri-müsəlmanların əlaqələri, müsəlman azlıqları arasında qədim dövrdə təhsilin xüsusiyyətləri və s. mövzularda müzakirə və müşvirələr aparılacaq. 813481
captcha