İran Quran Xəbər Agentliyi (İQNA) və “nun” xəbər bürosunun məlumatına əsasən, “İmam Hüseyn (ə)” muzeyinin rəhbəri Əla Əhməd Ziyaəddin bu xəbəri elan etməklə dedi: Bu muzey tir ayının 13-dən 18-nə kimi İmam Hüseyn (ə) və Həzrəti Əbülfəzli-Abbas (ə)-ın müqəddəs hərəmlərinin nəzdində fəaliyyət göstərən himayə birliyi tərəfindən keçiriləcək 7-ci beynəlxalq “Bəhare-Şəhadət” adlı mərasimdə rəsmi şəkildə açılacaq.
Əla Əhməd Ziyaəddin dedi: Bir qrup universitet alimləri və muzey işçiləri “İmam Hüseyn (ə)” muzeyinin açılış mərasimində iştirak edəcəklər..
“Bəhare-Şəhadət” adlı 7-ci beynəlxalq mərasim bu il “İmam Hüseyn (ə)-ın şəhadətindən azadlıq və kəramət bulağı qaynadı” şüarı ilə başladı və dini, ədəbi, elmi şəxsiyyətlərin, o cümlədən bir çox ərəb ölkələrinin və qeyri-ərəb ölkələrinin müəssisələrinin geniş iştirakı ilə davam etdi. 816597