İran Quran Xəbər Agentliyi (İQNA): “ISESCO” xəbər bürosunun, İslam mədəni əlaqələr şöbəsinin məlumatına əsasən, bu qurultay Malaziya İslam universitetinin iştirakı ilə həyata keçirilir.
“Afrikada islamın yayılması və təbliğ üsulları”, “Siyasi mühacirlər və onların islamın yayılmasında rolu”, “Bu qitədə islam”, İslam mədəniyyətinin yayılmasında Afrika universitetlərinin elmi tədqiqatlarının rolu”, “Afrikada islam və müsəlmanlar” və s. bu kimi mövzular əsas tədqiqat obyekti hesab olunur.
Həmçinin Afrikada islam mirasının mədəni səviyyəsi, bu qitənin ərəb dilliləri üçün ərəb nüsxələri, Afrikanın tarixi və elmi islam mənbələri bu qurultayın digər bölmələrini təşkil edir.
Bu qurultayda islam dünyasının ən məşhur alimləri iştirak edəcək və onların əsas məqsədi islam mədəniyyətinin yüksəlişi və müsəlmanlarla xristianlar arasında əlaqənin genişlənməsi üçün nəzərdə tutulan proqramların müzakirə olunmasıdır.
824266