IQNA

İslam geyimləri lahiyəsinin Online müsabiqəsi keçirilir

16:44 - July 12, 2011
Xəbər sayı: 2153448
Beynəlxalq şöbə: İslam geyimləri lahiyəsinin Online müsabiqəsi Londonun “İpək yol” İslam geyimləri şirkətinin təşəbbüsü ilə keçirilir.
İran Quran Xəbər Agentliyi (İQNA): “Islamic Art Magazine” xəbər bürosunun məlumatına əsasən, bu müsabiqə tir ayının 23-də özünün online şəkildə fəaliyyətinə başlayır.
İslam geyimləri və libaslarının layihəçiləri şəhrivər ayının 9-na kimi öz layihələrini bu müsabiqənin keçirildiyi idarəyə göndərə və bu müsabiqədə iştirak edə bilərlər.
Bu müsabiqənin münsiflər heyəti göndərilmiş layihələr əsasında mordad ayının 23-də işə başlayacaqlar və şəhrivərin 23-nə kimi öz işlərini davam etdirəcəklər.
Şəhrivər ayının 23-də 20 seçilmiş layihə bu müsabiqənin seçim komissiyasına təqdim olunacaq və bir həftə ərzində 10 ən üstün layihə seçilərək, mehr ayının 2-də adları elan ediləcək.
Bu müsabiqənin seçilmiş layihənin geyimləri hazırlanacaq və 2012-ci ildə moda festival keçiriləcək.
823747

captcha