IQNA

Fransada “Ehtiyacı olanlara kömək” layihəsi həyata keçirilir

13:18 - July 20, 2011
Xəbər sayı: 2157085
Beynəlxalq şöbə: Böyük Lyon məscidi müsəlman yoxsullara mübarək Ramazan ayı ərzində ərzaqla yardım etmək niyyətindədir.

İran Quran Xəbər Agentliyi (İQNA): “mosquee-lyon” xəbər bürosunun məlumatına əsasən, “səmimi qəlbdən yardım” adı altında keçirilən bu layihə çərçivəsində böyük Lyon məscidində gündəlik 600 kimsəsiz və ehtiyacı olan insanlara kömək edəcək.
Bu layihənin icraçılarının dediyinə əsasən, bu layihəyə sərf ediləcək bütün xərclər böyük Lyon şəhərinin əhalisi tərəfindən təmin ediləcək, məscid yalnız bu layihənin icraçısı hesab olunur. د
Məsciddə oruc tutan müsəlmanlar üçün iftar süfrəsi də açılacaq. Oruc tutanlar bu məsciddə fransız xalqının “Səmimi qəlbdən yardım” layihəsi əsasında iftar edə biləcəklər. 827105
captcha