İqna Quran Xəbər Agentliyi (İQNA): Biladi xəbər agentliyinin verdiyi məlumata görə, bu müsabiqə Mərakeş Dini Vəqfinin dəstəyi ilə 211 oğlan və 33 qız iştirakçı arasında Quranın qiraəti və hifzi sahəsində keçirilir.
Əyalət müsabiqələrində qalib gəlmiş gənclər ölkə səviyyəsində Quranın təcvidlə kamil hifzi, 5 hizbi hifz etməklə Quranın Mərakeş üsulunda qiraəti, 5 hizbi hifz etməklə Quranın Şərq üsulunda qiraəti şərtləri ilə bu müsabiqədə iştirak edəcəklər.
Mərakeş Dini Vəqfinin Quran şöbəsinin müdiri Həsən Cayit bu müsabiqə barədə deyir: “4 gün davam edəcək yarışmanın münsiflər heyətində Mərakeşin on məşhur alimi yer alacaq. Bu müsabiqələrin keçirilməsində əsas məqsəd gənc və yeniyetmələri Allah kəlamının hifzinə və qiraətinə həvəsləndirmək və onları beynəlxalq müsabiqələrə hazırlamaqdır. Müsabiqənin sonunda hər bölmədən 3 nəfər qalib kimi Mərakeş Alimləri Şurasının ictimai salonunda mükafatlandırılacaqlar.” 842669