İqna Quran Xəbər Agentliyi (İQNA): Avstraliya müsəlmanları İslami Şuralarının Federasiyasının rəhbəri İqbal Adəm Patel bu barədə açıqlama verərək demişdir: “Avstraliyanın İslami İnkişaf Bankı ölkənin müsəlman tələbələri üçün məhdud sayda təqaüd ayırmağı nəzərdə tutmuşdur. Bu təqaüd farmasevtlik, mühəndislik və əkinçilik üzrə oxuyan tələbələrə aiddir.”
Xatırladaq ki, bu təqaüddən yararlanmaq istəyənlər avqustun 22-ə qədər Avstraliya müsəlmanları İslami Şuralarının Federasiyasına istəkləri əsasında müraciət etməlidirlər. 842714