IQNA

Ramazan ayı münasibətilə Malayziyada ərzaq paketləri paylanıb

14:35 - August 18, 2011
Xəbər sayı: 2173145
Siyasi və ictimai şöbə: Ölkənin Malakay şəhərində avqustun 17-də müsəlmanlar arasında ramazan ayı münasibətilə 6000 ərzaq paketi paylanıb.
İqna Quran Xəbər Agentliyi (İQNA): Bu kampaniya özəl ticarət, həmçinin dövlət şirkətlərinin dəstəyi ilə həyata keçirilib. Kampaniyanın icraçısı İbrahim Lolsun deyib: “Artıq 7 ildir ki, bu kampaniya Malakayda davam edir. Ümid edirik ki, bunun davamı da olacaq və bu iş müsəlmanlar arasında ənənəyə çevriləcək.
Qey edək ki, həm dövlət, həm də digər iş adamları bu işdə həmkarlıq etmək üçün əvvəlcədən hazırlıqlara başlamış və bu xeyriyyə işində fəal iştirak etməyə səy göstərmişlər. 844919
captcha