IQNA

Əlcəzairdə Beynəlxalq Quran Müsabiqəsi başlayır

11:30 - August 22, 2011
Xəbər sayı: 2174931
Beynəlxalq şöbə: Quranın hifzi və qiraəti üzrə 8-ci beynəlxalq müsabiqə 47 ölkədən gələn nümayəndələrin iştirakı ilə avqustun 21-də Tlemsen şəhərində başlayıb.

İqna Quran Xəbər Agentliyi (İQNA): Lexpressiondz xəbər agentliyinin verdiyi məlumata görə, Əlcəzairin Dini İşlər Nazirliyi bildirib ki, Quranın hifzi və qiraəti üzrə 8-ci beynəlxalq müsabiqə 47 ölkədən gələn nümayəndələrin iştirakı ilə təşkil olunur.
Həmçinin qeyd olunub ki, hər ölkə yalnız bir iştirakçı ilə təmsil oluna bilər və yaş həddi də 25-dən yuxarı olmamaıdır.
Nazirlikdən bildirilib ki, bu müsabiqə ilə yanaşı 15 yaşa qədər yeniyetmələr arasında quranın qiraəti və hifzi üzrə milli müsabiqə də təşkil olunacaq. Bu da gənclərin həvəsləndirilməsi məqsədi daşıyır.
Xatırladaq ki, birinci yerin qalibinə 10.000 $, ikinci yerə 8.000 $, üçüncü yerə isə 5.000 $ pul mükafatı veriləcək. 846538
captcha