İqna Quran Xəbər Agentliyi (İQNA): Əl-İntiqad qəzetinin verdiyi məlumata görə, xətib cümə namazı xütbəsində insanları böhranın dərinləşməsinə və uzanmasına yol açan parlamentin yaranmasında iştirak etməməyə çağırdı. O, sözünün davamında deyib: “Bəhreyn xalqı siyasi qrupların mövqe bildirməsindən öncə seçkiləri boykot etməyi qəti qərara alıb. Bu ölkənin insanları təşviq olunmağı gözləmirlər və heç kəs seçkilərə namizədlik irəli sürmür.”
O, Bəhreyn xalqının öz haqlarını tələb etmək üçün təşkil etdikləri sülhməramlı aksiyalarının, həbs olunanların azadlığının, iş yerindən qovulanların yenidən öz işlərinə qaytarılmasının, bütün hüquq pozuntularına son qoyulmasının haqq olduğunu və dəstəklədiyini bildirdi. 846482