IQNA

Mərakeşdə Quran müsabiqəsinin qalibinin adı elan olundu

11:46 - August 22, 2011
Xəbər sayı: 2174943
Quran işləri üzrə şöbə: Quranın hifzi, tərtili və təcvidi üzrə keçirilən müsabiqədə qalib gələnlər müəyyənləşdi.
İqna Quran Xəbər Agentliyi (İQNA): Bağlanış mərasimi Mərakeş Alimləri Ali Şurasının rəhbəri Muhəmməd Yəsəfin və İslam ölkələrinin səfirlərinin iştirakı ilə təşkil olunmuşdu.
Mərakeş İslami İşlər naziri Əhməd Tofiq çıxışında deyib: “Mərakeş kralı 6-cı Muhəmmədin milli mükafatını təqdim etmək onun din sahəsinə, xüsusilə Qurana bağlılığının və əhəmiyyət verməyinin əlamətidir.”
Xatırladaq ki, avqustun 17-də başlamış müsabiqədə yarışmaçılar Quranın hifzi, tərtil ilə qiraəti və təcvid bölmələri üzrə mübarizə aparmışlar. Ümumi sayda bu yarışda 211 kişi, 33 xanım iştirakçı qeydə alınmışdı. 846618
captcha