IQNA

Livan Hizbullahı Eylatdakı antisionist əməliyyatları alqışlayıb

20:24 - August 23, 2011
Xəbər sayı: 2175781
Beynəlxalq şöbə: Livan Hizbullahı bəyanat yayaraq siyonist rejimi hərbçilərinə qarşı mübarizlərin hücumunu “qəhrəmanlıq əməliyyatı” adlandırıb.
İqna Quran Xəbər Agentliyi (İQNA): İloubnan xəbər agentliyinin verdiyi məlumata görə, Hizbullah mübariz qüvvələrin bu addımını alqışlayaraq bildirib ki, sionist rejimini başa salmağın tək yolu budur. Onlar bu torpaqların kimə aid olduğunu bilməli və bizim ərazilərimizi işğal etməməlidirlər.
Hizbullah həmçinin Qəzzada Misir hərbçilərinin şəhadətə yetirilməsini kəskin pisləmiş və Fələstin torpağının fələstinlilərə aid olduğunu bir daha vurğulamışdır. 847187
captcha