IQNA

Mərakeşdə “Bir gecə Quranla” adlı görüş keçirilib

20:27 - August 23, 2011
Xəbər sayı: 2175783
Beynəlxalq şöbə: Görüş avqustun 20-də Xənifrə şəhəri Alimlər Şurasının dəstəyi ilə təşkil olunub.
İqna Quran Xəbər Agentliyi (İQNA): Marocjournal xəbər agentliyinin verdiyi məlumata görə, Xənifrə şəhəri Alimlər Şurasının rəhbəri Mustafa Zimahna tədbir barədə bunları deyib: “Bu görüş şəhərin əsas meydanında şəhər ictimaiyyətinin iştirakı ilə təşkil olunmuşdu. Quran tilavətindən sonra alimlərin çıxışı oldu. Həmçinin, Peyğəmbərin tərifində, ramazan ayının fəziləti barədə şerlər və təvaşihlər söyləndi. Mərasimdə şəhər məscidlərinin imamları, həmçinin Quran müsabiqələrində qalib gəlmiş qarilərin fəaliyyəti təqdir olundu.”
Mərasimdə həmçinin “Ramazanın son on günü”, “Fitr bayramının zəkatı” adı altında görüşlər, kimsəsiz uşaqlar arasında Quran qiraəti müsabiqəsi də keçirilmişdir. 847230
captcha