IQNA

Venesuela siyonist rejiminin səfirini ölkədən kənarlaşdırdı

20:31 - August 23, 2011
Xəbər sayı: 2175785
Beynəlxalq şöbə: Sionist rejimin Qəzzaya hava hücumuna etiraz edən Venesuela hökuməti İsrail səfirini öz ölkəsindən kənarlaşdırdı.
İqna Quran Xəbər Agentliyi (İQNA): Muhit xəbər agentliyinin verdiyi məlumata görə, avqustun 20-də Venesuela hökuməti ََQəzzada baş verənlərə görə ölkədəki İsrail səfirliyinin bir qrup işçisini beynəlxalq qanunlara hörmət etməyin zəruri olduğunu xatırladaraq ölkəsindən qovmuşdur.
Dövlət başçısı Huqo Çaves də siyonist rejimin Qəzzaya hücumunu məhkum edərək bu rejimin Fələstində soyqırımına səbəb olduğunu bidirərək demişdir: “Siyonist rejimin baş naziri Qəzada törədilənlərə görə Haaqa beynəlxalz məhkəməsinə çıxarılaraq mühakimə olunmalıdır.” O, həmçinin qeyd etmişdir ki, Venesuela Qəzza sakinlərinə qida və tibbi yardım etməyə səy göstərir.
Kanada universitetlərindən birinin məsulu da Qəzzada törədilən cinayətlərə görə israilliləri Ontario ştatının universitetlərində tədris etməyə və mühazirə oxumağa qadağa qoymağı qərara alındığını bildirib. 847301
captcha