İqna Quran Xəbər Agentliyi (İQNA): Çeçenistan Respublikasının Mənəvi və Əxlaqi İnkişafı Mərkəzinin müdiri Vaxa Haşhanov bu barədə deyib: “Hələlik mədrəsənin əsas binası Qudermes şəhərində tikilib istifadəyə verilir. Mədrəsənin açılışında Şimali Qafqazın müftiləri, Quran qariləri və bəzi ərəb ölkələrinin Rusiyadakı səfirləri iştirak edir.”
Haşhanovun dediyinə görə, bu mədrəsədə təhsil müddəti 3 ildir.
Qeyd edək ki, Quran hafizləri üçün ilk mədrəsə Kurçalovsk əyalətinin Sentoroy kəndində açılmışdır. Bundan başqa Qroznı şəhərində də bu sahə üzrə mədrəsə fəaliyyət göstərir. 847241