İqna Quran Xəbər Agentliyi (İQNA): Əl-Mənar xəbər agentliyinin verdiyi məlumata görə, zioyafətdə iştirak edən Şeyx Bəssam Məhmudun şəhid olmasına səbəb olan bu terror hücumunu pisləyən Hizbullah Hərəkatı təkidlə bəyan edib: “Bu cinayətkar addım fitnə salmaqdan başqa bir şey deyil. Cinayətin icraçıları Livanın düşmənlərinə xidmət etmişlər.”
Sonda şəhid olanların ailələrinə başsağlığı verilib, Allahdan səbr dilənib.
Qeyd edək ki, avqustun 17-də bir neçə silahlı şəxs Livanın şimalında Müsəlman Alimlər konfransının koordinatoru Əbdüssəlam Həraşın evinə hücum ediblər. Nəticədə 3 nəfər yaralanıb. Bu hadisə ilə eyni zamanda Hizbullah nümayəndəsi Muhəmməd Cəfər, İslami Tohid Hərəkatının məsulu Bilal Şəban, həmçinin Livan məclisinin sabiq nümayəndələri Vəcih Bəreyni və Kərim Rasinin iştirak etdiyi iftar süfrəsi təşkil olunubmuş.848918