İqna Quran Xəbər Agentliyi (İQNA): Atlasinfo xəbər agentliyinin verdiyi məlumata görə, iclas BMT rəhbəri Ban Ki Munun təşəbbüsü ilə keçiriləcək və Ərəb, Afrika, Avropa liqaları, həmçinin İslam Əməkdaşlıq Təşkilatı da dəvət olunaraq yığıncağa qoşulacaqlar.
Qəzzafinin süqutundan sonra Liviyanın durumu və BMT-nin bu ölkədə baş verən yeniliklərdə hansı rol oynayacağı iclasın prioritet mövzusudur. Görüşün dəqiq vaxtı BMT rəhbəri ilə Liviya Milli Keçid Şurasının rəhbəri Mustafa Əbdülcəlil arasında baş tutan telefon söhbəti zamanı müəyyənləşdirilib. 848899