IQNA

Misir ictimaiyyəti İsrail səfirinin ölkədən xaric edilməsini tələb etdilər

18:05 - August 28, 2011
Xəbər sayı: 2178232
Beynəlxalq şöbə: Misirin siyasi və ictimai partiya rəhbərləri və nümayəndələri avqustun 26-da Əl-Əzhər universitetində bir yerə toplaşaraq siyonist rejimin səfirinin Qahirədən xaric edilməsini tələb etdilər.
İqna Quran Xəbər Agentliyi (İQNA): Misirdə nəşr olunan “7-ci gün” qəzetinin yazdığına görə, Məcdi Hüseynin rəhbərliyi ilə Misirin işçi partiayası avqustun 26-i Əl-Əzhər məscidinin daxilində və qarşısında siyonist rejimin təcavüzünü pisləyib, siyonist rejimin səfirinin Misirdən xaric edilməsini tələb edib.
Siyasi rəhbərlərdən bir qismi, Gənclər İttifaqının, həmçinin digər siyasi və ictimai partiyaların nümayəndələri də bu toplantıda iştirak etmişlər. Onlar siyonist rejimin cinayətlərini, Misir sərhədlərinə təcavüzünü pisləmişlər.
Tədbirdə çıxış edən Məcdi Hüseyn Səyna məntəqəsinin siyonist rejimin təcavüzündən təmizlənməsini, İsrailin Misir sərhədində son günlərdəki addımlarını pisləyərək deyib: “İsrailin Misir sərhədlərinə təcavüz etməsi ölkə rəhbərliyinin nəzarəti olmadan baş verir. Bu gün Misirdə inqilab qələbə çaldığı halda necə ola bilər ki, bu həddə zəif olaq və siyonist rejimin bu təcavüzlərinin qarşısını ala bilməyək?”
O, sözünün sonunda bu təcavüz qarşısında Misir dövlətinin sükut etməsini şəhidlərinin qanının hədərə olması mənasına gəldiyini vurğulayıb. 850492
captcha