İqna Quran Xəbər Agentliyi (İQNA): Two Circles xəbər agentliyinin verdiyi məlumata görə, “Şeyx Zaid ibn Sultan” adını almış bu Quran təlimi mərkəzi BƏƏ-nin dəstəyi ilə təsis edilmişdir. Mərkəz avqustun 26-da Çeçenistan prezidenti Ramzan Kadırovun və Əmirliyin Ali Təhsil və Elmi Araşdırmalar məsulu Nihyan ibn Mübarəkin iştirakı ilə açılıb.
Prezident Kadırov açılış mərasimində qeyd edib ki, 40 hektar sahəni əhatə edən bu mərkəz Şimali Qafqaz regionunda ən böyük Quran mərkəzidir.
Mərkəzdə sinif otaqları, idman zalı, yeməkxana, ustad və tələbələr üçün istirahət guşəsi və s. mövcuddur. Mərkəzə Çeçenistandan və qonşu İslam ölkələrindən tələbələr qəbul ediləcək. 850313