IQNA

Əlcəzairdə islam ölkələri ensiklopediyası nəşr olundu

19:30 - August 30, 2011
Xəbər sayı: 2179614
Beynəlxalq şöbə: Əlcəzairli islamşünas Aşur Şurəfinin yazdığı islam ölkələri ensiklopediyası nəşr olundu.
İqna Quran Xəbər Agentliyi (İQNA): Elmoudjahid xəbər agentliyinin verdiyi məlumata görə bu ensiklopediya 450 səhifədən ibarət 2 cilddə nəşr olunub və islam sivilizasiyasına aid müxtəlif mövzulara yeni baxış bucağı ilə yer ayrılıb.
Yazar hər şeydən öncə səy göstərmişdir ki, İslam Əməkdaşlıq Təşkilatına üzv olan 57 ölkənin siyasi, ictimai, hətta iqtisadi məsələlərinin hamısını öz əsərində toplasın, hər ölkənin adət-ənənəsini əks etdirə bilsin.
Xatırladaq ki, Əlcəzairin “Daliman” mətbəəsi bu ensiklopediyanın nəşrini öz öhdəsinə götürüb. 851507
captcha