İqna Quran Xəbər Agentliyi (İQNA): Elmoudjahid xəbər agentliyinin verdiyi məlumata görə bu ensiklopediya 450 səhifədən ibarət 2 cilddə nəşr olunub və islam sivilizasiyasına aid müxtəlif mövzulara yeni baxış bucağı ilə yer ayrılıb.
Yazar hər şeydən öncə səy göstərmişdir ki, İslam Əməkdaşlıq Təşkilatına üzv olan 57 ölkənin siyasi, ictimai, hətta iqtisadi məsələlərinin hamısını öz əsərində toplasın, hər ölkənin adət-ənənəsini əks etdirə bilsin.
Xatırladaq ki, Əlcəzairin “Daliman” mətbəəsi bu ensiklopediyanın nəşrini öz öhdəsinə götürüb. 851507