İqna Quran Xəbər Agentliyi (İQNA): Gulf Times xəbər agentliyinin verdiyi məlumata gцrə, iranlı miniatür rəssam Rain Xanzadə Quranı başdan-başa 2 ədəd A5 formatlı qızıl vərəqlərinin üstünə həkk etmişdir. Bu Quran mətnini düzəltmək üçün 22 əyarlıq 6 kq qızıl və 9000 parça almaz, brilyant və zümrüd qaşı işlənmişdir. Quranın üz cildini italıyalı bir rəssam, bəzək işləri üçün isə 38 taylandlı rəssam çalışmışdır.
Xanzadə artıq 12 ildir ki, miniatьr цlзьlь quranların cizgisi ьzərində işləyir. O, deyir: “Bu Quranı ərsəyə gətirmək bir il vaxt aparıb. Maddi dəstəyi isə “Prima Gold” qızıl istehsalı şirkətinin müdiri Muhəmmədtahir Yusifzadə öz öhdəsinə götürüb.”
Xatırladaq ki, bu sənətkarın həmçinin düyü dənəsi üzərində 60 misra Quran ayələri, Xürrəmşəhr muzeyində saxlanılan A4 formatının üçdə biri həcmində kamil Quran yazısı və s. məşhur əsərləri də mövcuddur. 852260