IQNA

CİA ilə Qəzzafi arasında gizli əlaqələr ortaya çıxıb

13:04 - September 05, 2011
Xəbər sayı: 2181685
Beynəlxalq şöbə: NyuYork Times qəzeti Amerikanın CİA təşkilatı ilə Qəzzafi arasında gizli casusluq əlaqələrinin olduğunu xəbər verib.
İqna Quran Xəbər Agentliyi (İQNA): Fələstində nəşr edilən “Qüds” qəzetinin verdiyi məlumata görə, NyuYork Times qəzetinin sentyabrın 3-də çıxan sayında Liviyada CİA təşkilatı ilə Qəzzafi arasında gizli casusluq əlaqələrinin olduğunu isbat edən sənədlər aşkar edilib. Qəzet yazır ki, CİA Qəzzafi dönəmində terrorizmlə əlaqə yaratmaqda şübhəli olan 8 nəfəri işgəncələri ilə məşhir olan Liviyaya istintaqa göndərib.
Qəzet həm də İngiltərənin xarici təhlükəsizlik xidməti olan M16 təşkilatının da Qəzzafi rejimi ilə həmkarlıq etdiyini bildirən sənədlərin Tripolidəki axtarışlar zamanı inqilabçıların əlinə keçdiyini bildirib. Bu sənədlər əsasən 2002-2007-ci illərə aid edilir. 853717
captcha