İqna Quran Xəbər Agentliyi (İQNA): Akhbarlive xəbər agentliyinin verdiyi məlumata görə, Bolqarıstanın Xarici İşlər Nazirliyi Qəzzafiyə tabe olan Liviya səfirliyinin dörd diplomatını ölkəsindən xaric edib və əvəzində Liviya Milli Keçid Şurası tərəfindən göndərilən səfiri ölkəsinə qəbul edib.
Bolqarıstanın Xarici İşlər Nazirliyinin sözçüsü bildirib ki, biz bu diplomatların arasında məqbul hesab edilməyən insanların olduğunu bilən kimi onlara ölkədən xaric olmaq üçün 24 saat vaxt verdik, lakin onlar buna əhəmiyyət vermədilər. Biz də öz növbəmizdə güc tətbiq edərək onları ölkədən qovduq. Artıq Liviya Milli Keçid Şurasını təmsil edən nümayəndələri qəbul etmişik və onların fəaliyyəti üçün yeni məkan hazırlamışıq.
Bolqarıstanın Xarici İşlər Naziri Nikolay Mladnov isə bəyan edib ki, onlar artıq öz nümayəndələrini də Liviyaya göndərəcəklər və may ayından bu yana bağlanan səfirlik öz işini bərpa edəcək. 853469