IQNA

Ərəbistan polisi misirli zəvvarlara hücum edib

13:20 - September 05, 2011
Xəbər sayı: 2181714
Beynəlxalq şöbə: Ərəbistan təhlükəsizlik əməkdaşları Umrə ziyarətinə gəlmiş misirli zəvvarlara Cəddə şəhərinin beynəlxalq aeroportunda vəhşicəsinə hücum etmiş və nəticədə bir neçə nəfər xəsarət almışdır.
İqna Quran Xəbər Agentliyi (İQNA): İslami Müqavimət xəbər agentliyinin verdiyi məlumata görə, hadisə zamanı zəvvarlar gözləmə salonlarında 3 gün saxlanılaraq hava sərinlədicilərinin söndürüldüyü bir şəraitdə qalmış, nəticədə qadın və azyaşlı uşaqlardan bir neçəsi huşunu itirmişdir.
Şahidlərin dediyinə görə, aeroport yüzlərlə hərbi maşını və polis qrupları ilə əhatəyə alınıbmış. Hücum zamanı zəvvarlar “Allahu Əkbər” sədalarını ucaltmışlar. Zəvvarlar təyyarədən endikləri andan təhlükəsizlik əməkdaşlarının kobud rəftarları ilə qarşılaşmışlar.
Lakin Ərəbistan mühafizə xidməti hücum və hadisənin təfərrüatı barədə heç bir açıqlama verməyib.
Bu arada Qahirədə Səudiyyə Ərəbistanı əleyhinə aksiya keçirilib. Aksiyaçılar Ərəbistan hökumətinin Misirin daxili işlərinə müdaxilə etməsini, həmçinin misirli zəvvarlara Cəddə aeroportunda hücum edilməsini qətiyyətlə pisləyiblər.
Qeyd edək ki, aksiyaya əsas səbəb misirli zəvvarların 3 gün müddətində ağır bir şəraitdə heç bir açıqlama verilmədən Cəddə aeroportunda saxlanılması olub. 853388

captcha