İqna Quran Xəbər Agentliyi (İQNA): Bu kitabı Bosniyadakı “Molla Sədra” adına cəmiyyətin sədri Huccətul-İslam Əydi qələmə alıb, Səlim Süleymani isə tərcümə edib. Orijinalın redaktoru Bərzat Vasiya, tərcümənin redaktoru Zahir Berçetsi, texniki işlərin icraçısı Səbahəddin Osmanidir.
Kitabda “İslamda ürfan”, “ürfan, sufilik hikmət və fəlsəfə terminləri”, “İslami ürfanın kökləri”, “ürfan və ağıl”, “ürfan və qanun”, “ilk və ikinci ürfani mərhələ”, “ürfanda insan”, “kamil insanın anlamında olan böyük fərqlər”, “rəy və nəzərlərin məna və növləri” və “ürfan və vəhdəti-vücud” mövzuları yer alır.
Qeyd olunan mövzularla yanaşı həmdərdlik və yaxşılıq hissi, eşq qığılcımları, ayələrdə, həmçinin İbn Ərəbinin və sair ürfan təfsirçilərinin sözlərində olan ürfani terminlərin mənası və izahı verilmişdir.
Xatırladaq ki, 200 səhifəlik kitabın alban dilinə tərcüməsi 1000 nüsxə tirajla nəşr edilmişdir. 853701