IQNA

Liviyada İslam hökumətinin qurulma ehtimalı Qərbi qorxudur

11:56 - September 06, 2011
Xəbər sayı: 2182277
Beynəlxalq Şöbə : Liviya Milli Qurtuluş Cəbhəsinin baş katibi Qərbin Liviyada İslami hökumətin qurulmasından qorxu hiss etdiklərini deyib.
İqna Quran Xəbər Agentliyi (İQNA): Əl-Aləm xəbər agentliyinin verdiyi məlumata görə, İbrahim Əbdüləziz Səhəd Liviyanın müsəlman xalqının demokratik, hüquqi bir hökumət və İslami qaydalara söykənən bir ölkə rəhbərliyinin təsis edilməsi tələblərinin olduğunu vurğulayıb.

Keçmiş zabit və diplomat Liviyada iqtidara gələn hər hökumətin Liviya xalqının müsəlman olması gerçəyinə hörmət göstərməsinin lazım olduğunu deyib. O, əlavə olaraq, Liviyadakı radikal qrupların iqtidara gəlmə ehtimalı haqqında narahatlıqların əsassız olduğunu da söyləyib.

Səhəd sözünün davamında inqilabçıların əməkdaşlıq edərək Liviyanın Qəzzafi tərəfindən yaradılmış köhnə imicini silib, yeni bir imic meydana gətirməyin lazım olduğunu qeyd edib. 854038
captcha