IQNA

Bəhreynli etirazçıların Mirvari meydanına dönmək səyləri

13:16 - September 07, 2011
Xəbər sayı: 2183157
Beynəlxalq şöbə: Bəhreyn İnsan Hüquqları Mərkəzinin rəhbəri deyib: Bəhreyn xalqı sülh yolu ilə yenidən Mirvari meydanına qayıdıb etirazlarını davam etdirəcəklər.
İqna Quran Xəbər Agentliyi (İQNA): Bəhreyn İnsan Hüquqları Mərkəzinin rəhbəri Nəbil Rəcəb Əl-Aləm kanalının müxbiri ilə söhbətində deyib: Bir neçə ay davam edən fövqəladə vəziyyətin, onlarla həmvətənin şəhadətinin və ölkədə baş verən digər təhdid və cinayətlərin ardından Bəhreyn xalqı yenidən Mirvari meydanına qayıtmaq əzmindədirlər.
O, Səudiyyə rejiminin Ali-Xəlifəni himayə etməsinə etiraz edərək əlavə edib ki, bu himayədarlıq uzun sürməyəcək və Ali-Xəlifə bu siyasəti ilə böhrana düşəcəyini anlayacaq. Zindandakı məhbuslardan da xəbərləri olmadığını deyən müsahib tibbi böhranı aradan qaldırmaq üçün ən azı həbsdəki həkimlərin tezliklə azadlığa buraxılmasının zəruriliyini vurğulayıb: Təəssüflər olsun ki, ölkə rəhbərliyi böhranı aradan qaldıracağını dəfələrlə vəd etsə də, bu yöndə heç bir irəliləyiş yoxdur, əksinə haqsız yerə təhdid və həbslər hələ də davam edir. 854879
captcha