İqna Quran Xəbər Agentliyi (İQNA): Əl-Mənar xəbər agentliyinin verdiyi məlumata görə, Livan Hizbullah Hərəkatı sentyabrın 5-i bəyanat yayaraq BMT-nin, İsrailin Sülh Karvanına hücum edərək Mavi Mərmərə gəmisində iştirak edən 9 türkiyəli ativisti şəhid etdiyi hücum hadisəsi haqqında nəşr etmiş olduğu hesabatı qınayıb.
Hizbullah Hərəkatı tərəfindən yayılan bəyanatda həmçinin BMT tərəfindən açıqlanan bu hesabatla işğalçı sionist rejimin Qəzzəni muhasirə altında tutmağa davam etməsinin qanuniləşdirildiyi ifadə edilib.
Bəyanata görə, BMT bu zamana qədər işğalçı sionist rejimin cinayətlərinə göz yumub.
Hizbullah bu günə qədər İsrailə BMT tərəfindən heç bir sanksiya və xəbərdarlığın edilmədiyini və bu şəkildə BMT-nin davranışının qurumun Orta Şərqdə olan dövlətlərə əhəmiyyət vermədiyini dəfələrlə bəyan edib. 855593