IQNA

Qəzzafiyə bağlı bəzi komandirlər Nigeriyaya qaçdı

19:34 - September 07, 2011
Xəbər sayı: 2183378
Beynəlxalq şöbə: Qəzzafi rejiminə bağlı bəzi komandirlər, həmçinin Xüsusi Təhlükəsizlik İdarəsinin komandiri sentyabrın 5-də Nigeriyaya qaçıb.
İqna Quran Xəbər Agentliyi (İQNA): French.cri xəbər agentliyinin verdiyi məlumata görə, mövzuyla əlaqədar olaraq Nigeriya Sərhəd Polisinə bağlı məmurlardan biri bildirib ki, sentyabrın 5-də Qəzzafi rejiminə bağlı bəzi komandirlər, eləcə də Qəzzafinin Xüsusi Qoruma İdarəsinin komandiri Agadez sərhədindən Nigeriyaya keçib.

Səlahiyyətli şəxs Nigeriya Ədalət Hərəkatının keçmiş lideri Agali Alambonun da aralarında olduğu Qəzzafi komandirlərinin sərhədi keçərək Niyamiyə doğru hərəkət etdiklərini deyib.

Xəbərə görə, Qəzzafiyə bağlı Hərbi Birləşmələr komandirinin də Nigeriyaya sığınmaq üçün müraciət etdiyi məlum olub. 855470
captcha