İqna Quran Xəbər Agentliyi (İQNA): Lepoint xəbər agentliyindən verilən məlumata görə, Fransada İslam əleyhdarı bir qrup insan sentyabrın 7-i facebookda “Müsəlmanları Qurban bayramı günü qurban edək” səhifəsi yaradaraq İslam düşməni olanları Qurban Bayramı günü müsəlmanları öldürməyə çağırıb.
Fransa İslam Düşmənçiliyi ilə Mübarizə dərnəyi CCIF internetdə müsəlmanların öldürülməsinə dəvət üçün hazırlanan bu səhifəyə reaksiya vermək məqsədilə Fransa rəhbərliyinə, Ədliyyə polisinə müraciət edərək bu səhifəni quranların təsbit edilməsini tələb edib.
CCIF həmçinin Facebook internet saytı məsullarına ünvanladığı məktubda bu səhifənin bağlanmasını tələb edib.
Qeyd edək ki, Fransa polisi bu müraciəti bu ana qədər diqqətə almamışdır. Facebook sosial şəbəkəsində də bu səhifə hələ ki, fəaliyyətini davam etdirməkdədir. 857257