İqna Quran Xəbər Agentliyi (İQNA): Misirin “7-ci gün” xəbər agentliyindən verilən məlumata görə, Misirin bir çox bölgəsindən etirazçılar paytaxt Qahirənin Təhrir meydanında təşkil edilən etiraza qatılmaq məqsədilə günün erkən saatlarında yola düşmüşlər.
Ramazan ayı boyunca bu meydanda nümayiş etməyən Misir xalqı səslərini eşitdirmək üçün əllərindəki şüarlarla Təhrir meydanına doğru hərəkət ediblər. Milyonların qatıldığı nümayişdə etirazçıların təhlükəsizliyini təmin etmək üçün Misir təhlükəsizlik gücləri Təhrir meydanında lazım olan hazırlıqlar görüblər. Nümayişdə Misir xalqı bir daha istəklərini təkrarlayıb dünyaya eşitdiriblər.857239