İqna Quran Xəbər Agentliyi (İQNA): “Əl-Aləm” xəbər kanalının verdiyi məlumata görə, cümə günü keçirilən aksiyalarda aksiyaçılar İsrail səfirliyinin inzibati binasının divarını sökərək səfirliyin bir qismini ələ keçiriblər. Bundan qorxan israilli diplomatlar Qahirəni tərk etmək qərarına gəliblər.
Sionist rejimə məxsus bir televiziya kanalı bu barədə belə açıqlama verib: İsrailin Xarici İşlər naziri Aviqdor Liberman özü vəziyyətə nəzarət edib və daim Misir rəsmiləri ilə əlaqədə olub.”
Xatırladaq ki, ötən cümə günü keçirilən aklsiyalarda Qahirənin Təhrir meydanında milyonlarla insan iştirak edib və “İsrail səfiri Qahirəni tərk etməlidir!” şüarları səsləndiriblər. 857532