İqna Quran Xəbər Agentliyi (İQNA): Alqubanchi xəbər agentliyinin verdiyi məlumata görə,
Nəcəf şəhərinin imam-cüməsi Seyyid Sədrəddin Qubançi son cümə xütbəsində bildirib ki, 11 sentyabr hadisələrinin ardından Amerikanın Əfqanıstan və İraqa terrorizmlə mübarizə adıyla girməsi və bu ölkələri işğal etməsi İslam dünyasında hakimiyyət qurmaq adına uydurulmuş bir bəhanədir.
O, həmçinin 11 sentyabr hadisələrinin İraq və Əfqanıstan kimi ölkələrə hücumları haqlı göstərmək adına planlı olaraq hazırlanmış layihələr olduğunu söyləyib. Nəcəfin cümə xətibi Amerika əsgərlərinin İraqdan çəkilməsini nəzərdə tutan razılaşmaya əsasən, hərbi qüvvələrin İraqda qalmasını istəyən kəslərin “Amerika İraqdan çəkilsə, vətəndaş müharibəsi çıxar” düşüncəsini də qiymətləndirərək İraqda heç bir zaman vətəndaş müharibəsi çıxmayacağını da qeyd edib. 857802