IQNA

Dinlər mərhəmətə əsaslanan sülhü təbliğ edir

16:09 - September 12, 2011
Xəbər sayı: 2185982
Beynəlxalq şöbə: Asiya Ölkələri Parlamentlər İttifaqının rəhbəri “Dinlərarası və mədəniyyətlərarası dialoq” mövzusunda keçirilən beynəlxalq konfransda bildirib ki, sülhün bərqərar olması üşün ölkələr arasında qarşılıqlı anlaşma olmalıdır və dinlər mərhəmətə əsaslanan sülhü təbliğ edir.

İqna Quran Xəbər Agentliyi (İQNA): Asiya Ölkələri Parlamentlər İttifaqının rəhbəri Nejad Hüseyniyan Xarici İşlər Nazirliyi yanında fəaliyyət göstərən İctimai Araşdırmalar Mərkəzinin “Elbrus” salonunda “Dinlərarası və mədəniyyətlərarası dialoq” mövzusunda keçirilən beynəlxalq konfransda bəyan edib ki, bu görüş dünyada mədəniyyətlərin inkişafı üçün mühüm rol oynaya bilər. Bu konfransın bəhrələrindən biri Asiya ölkələri arasında çoxmədəniyyətliliyə əsaslanan yaxınlaşmanın baş verməsidir ki, bununla da regiondakı millətlər arasında dialoq və anlaşma yarana bilər.

Onun sözlərinə görə, dinlər sülh üçün zəmin yaradan mühüm amildir və dinlər yalnız mərhəmətə əsaslanan sülhü təbliğ edir.

Nejad Hüseyniyan həmçinin bildirib ki, dünyada yaranan ayrıseçkilik sərvətlərin ədalətsiz bölünməsinə və düşmənçiliyin yaranmasına gətirib çixarır ki, bunun da kökündə iqtisadi və siyasi amillər durur. Din və iman münasibətlərin qurulması üçün əsasdır və bütün insani və əxlaqi dəyərlər dindən qaynaqlanır. Din fərdlərin yaxınlaşması üçün mənlik icad edən xüsusiyyətə malikdir.858411

captcha