IQNA

Misir xalqından Ali Səud rejiminə xəbərdarlıq

16:13 - September 12, 2011
Xəbər sayı: 2185989
Beynəlxalq şöbə: Misirin tanınmış Kifayə Hərəkatının üzvü Ərəbistanın Qahirədəki səfirliyinə təşkil edilən hücumu Misir Xalqının Səud rejiminin 25 yanvar İnqilabı qarşısındakı mövqeyinə və ölkənin daxili işlərinə qarışmasına göstərmiş olduğu reaksiya kimi qiymətləndirib.

İqna Quran Xəbər Agentliyi (İQNA): Əl-Aləm telekanalından verilən məlumata görə, Kərimə Həfnavi bu kanala verdiyi müsahibəsində Misir xalqının Ərəbistanın Misirin daxili işlərinə qarışmasına reaksiya olaraq, Ərəbistanın Misirdəki 4 milyard dollarlıq sərmayəsinin ləğv edilməsini və Ərəbistanda çalışan misirlilərin geri çağırılmasını tələb etdiklərini söyləyib.

O, həmçinin Mübarəkin mühakimə müddətinin yavaş irəliləməsi və Mübarək ailəsinin ölkədəki sərvətinin ölkə xaricinə qaçırılması kimi hadisələrə də toxunaraq Misir xalqının intiqam oxlarının Misir İnqilabı qarşısında dayananlara, xüsusilə işğalçı İsrail, Amerika və onun muzduru olan Ali Səud kimilərə istiqamətləndiyini və bu oxlardan pay alacaqlarını bildirib. 858313
captcha