İqna Quran Xəbər Agentliyi (İQNA): Financial Times xəbər agentliyinin verdiyi məlumata görə, yüzlərlə nümayişçi səfirliyin binasına hücum edərək səfirliyin inzibati ərazisini ələ keçirmiş və yüzlərlə sənəd və s. materialları pəncərələrdən küçəyə atmışlar.
Bunun ardından sionist rejimin diplomat korpusunun 80-dən çox nümayəndəsi ailələri ilə birlikdə sionist rejimə məxsus təyyarə ilə Misirdən qaçmişlar.
Qeyd edək ki, son 1 ay ərzində bu, misirli nümayişçilərin İsrail səfirliyinə 2-ci hücumudur. Bu hücum Misir-İsrail sərhəddində baş verən insidentlərdən sonra bu iki ölkə arasındakı münasibətlərə ciddi zərbə vurmuşdur. 858292